
NAREKS MMC 2012-ci ildən etibarən bina texnologiyaları və mühəndislik sistemləri sahəsində fəaliyyət göstərir. Elektrik və avtomatlaşdırma həlləri ilə başlayan fəaliyyətimizi bu gün bina idarəetmə sistemləri (BMS), KNX avtomatlaşdırma, yanğın aşkarlama və xəbərdarlıq, təhlükəsizlik, girişə nəzarət, CCTV, aşağı cərəyan və inteqrasiya sistemlərini əhatə edən geniş xidmət sahəsi üzrə davam etdiririk.
Fəaliyyətimizin inkişafı ilə əlaqədar olaraq şirkətimiz hazırda Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 157R ünvanında yerləşən, yeddi mərtəbədən ibarət
Nareks Plaza-da fəaliyyət göstərir. Şirkətin inzibati, mühəndislik və texniki fəaliyyətinin vahid məkanda birləşdirilməsi layihələrin daha sistemli idarə olunmasına və müştərilərə göstərilən xidmətlərin əlaqələndirilməsinə imkan yaradır.
NAREKS MMC layihələrin hazırlanmasından avadanlıqların təchizatına, proqramlaşdırma və inteqrasiyadan montaj, işə salınma və texniki xidmətə qədər bütün mərhələlər üzrə kompleks mühəndislik həlləri təqdim edir. Peşəkar mühəndis heyətimiz və tikinti sahələrində fəaliyyət göstərən texniki qruplarımızla müxtəlif miqyaslı yerli və beynəlxalq layihələri həyata keçiririk.
Şirkətimiz Avropa, Asiya və Afrikada fəaliyyət göstərən 15-dən çox istehsalçı və təchizatçı ilə birbaşa əməkdaşlıq edir. Bu tərəfdaşlıqlar sayəsində müştərilərimizə müasir texnologiyalara əsaslanan, etibarlı, enerji səmərəli və uzunömürlü sistemlər təqdim edirik.
NAREKS MMC
Siemens Building Technologies şirkətinin Azərbaycandakı rəsmi distribütoru və
Solution Partner-idir. Eyni zamanda
MITSUBISHI ELECTRIC, PROTEK, OMRON, INTERRA TECHNOLOGY, THE FIRE BEAM və
LEHAVOT kimi öz sahələrində tanınmış beynəlxalq istehsalçılarla əməkdaşlıq edirik.
Təqdim etdiyimiz məhsul və həllər EN, NFPA və IMO kimi milli və beynəlxalq standartlara uyğun seçilir, layihələndirilir və tətbiq olunur. Məhsul portfelimizə LPCB, VdS, UL və FM kimi beynəlxalq keyfiyyət və təhlükəsizlik sertifikatlarına malik avadanlıqlar daxildir.
NAREKS olaraq məqsədimiz yalnız avadanlıq təchiz etmək deyil, müştərilərimizin ehtiyaclarına uyğun, müxtəlif mühəndislik sistemlərini vahid platformada birləşdirən etibarlı və gələcəyə hazır infrastruktur yaratmaqdır.
NAREKS — texnologiyanı vahid sistemdə birləşdirən mühəndislik gücü.